hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Zelenski hakimiyyətini itirir? – ŞƏRH

Zelenski hakimiyyətini itirir? – ŞƏRH

Ukrayna Prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na qarşı etiraz aksiyası keçirənlərə video müraciət edib. 

Müraciətində V.Zelenski Ukrayna vətəndaşlarının konstitusiya hüquqlarını tanıdığını bildirib və Ukraynanı təslim etməyə hazırlaşmadığını söyləyib.

Maraqlıdır, “Ştaynmayer formulu” Zelenskinin sonunu gətirə bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, hazırda qüvvələrin ciddi şəkildə Zelenskiyə qarşı yönəlməyib və Zelenskinin hakimiyyətdən getməsi gözlənilmir:

““Ştaynmayer formulu” Minsk görüşündə təsdiq olunan formuldur, yəni burada yeni bir şey yoxdur. Donbassa çıxış statusu verilir, eyni zamanda Ukrayna konstitusiyasına müəyyən düzəlişlər edilir. Donbass isə Ukraynanın tərkibində qalır. Əgər hansısa qüvvələr ondan istifadə edib Zelenskini istefaya göndərmək istəyirsə, bu, onların daxildə gedən qarşıdurmaların nəticəsidir. Hər halda Zelenski səs çoxluğu ilə prezident seçilib.

“Ştaynmayer formulu”n əsas məqsəd odur ki, Donbass Ukraynanın tərkibindən çıxmasın. Düşünürəm ki, bu, hələ ilk addımdır və orada bir sıra incə məqamlar var. Hesab edirəm ki, Donbass Ukraynanın tərkibində qalmalıdır. Danışıqlar olsun və onların nəticəsində Ukraynanın ərazi bütövlüyü bərpa olunsun.

Fikirimcə, hələlik qüvvələr o qədər də ciddi şəkildə Zelenskiyə qarşı yönəlməyib, təbii ki, etiraz edənlər var, say da az deyil, amma bu, “Maydan hərəkatı”na oxşar deyil. Hələ bunu onunla müqayisə etmək olmaz”.

Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbass regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilir.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1728