hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Yaşamaq üçün kredit: Banklar dövlət üçün borc zəmini hazırlayır

Yaşamaq üçün kredit: Banklar dövlət üçün borc zəmini hazırlayır

Bu ilin yanvar ayının statistikasına əsasən, istehlak kreditlərinin həcmi artıb.

Mərkəzi Bankın yayımladığı statistikaya görə, 2020-ci ilin dekabr ayının sonunda istehlak kreditləri portfeli 4 milyard 615 milyon 900 min manat olduğu halda, 2021-ci ilin yanvar ayının sonunda 4 milyard 662 milyon manat təşkil edib.

Yanvar ayında ticarət və xidmət sektoruna verilən kreditlər 500 min manat, energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 246,5 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna verilən kreditlər 6,8 milyon manat, inşaat və tikinti sektoruna verilən kreditlər 34 milyon manat, maliyyə sektoruna kredit qoyuluşları 6,4 milyon manat artıb, sənaye və istehsal sektoruna verilən kreditlər 268,5 milyon manat, nəqliyyat və rabitə sektoruna verilən kreditlər 16.3 milyon manat, digər sektorlara verilən kreditlər 7 milyon manat, faktorinq əməliyyatları 10,2 milyon manat azalıb.

Nəticə olaraq, 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin yanvar ayında cəmi kredit qoyuluşları 56,8 milyon manat artaraq 14 milyard 587 milyon 200 min manata çatıb.

İqtisadçı- ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, vəziyyətin belə davam etməsi gələcəkdə banklar və dolayısı ilə dövləti zərbə altında qoya bilər:

“Problemli kreditlərin ümumi həcmində istehlak kreditlərinin payı həmişə çox olub. Hətta rəsmi müşavirələrdə dəfələrlə bununla bağlı açıqlamalar olub. Problem ondadır ki, banklar kreditləşdirmə yolu ilə fəaliyyət göstərib, pul qazanmaq istəyir.

Yəni kreditləşdirmədə banklar üçün ən sərfəli olan istehlak kreditləridir. Çünki bu kreditlər yüksək faizli, qısamüddətli olur. Beləliklə də, banklar daha çox gəlir əldə edir. Mərkəzi Bankın statistikasına nəzərə salsaq, görərik ki, istehsala və kommersiya müəssisələrinə verilən kreditlər də azalıb. Bu da onu göstərir ki, ölkədə iqtisadi aktivliyə maraq yoxdur. Yəni iqtisadi canlanma yoxdur. İnsanlar çox zaman istehlak kreditləri vasitəsi ilə gündəlik yaşamlarını təmin etməyə çalışırlar. Təbii ki, bu da gələcəkdə problemli kreditlərin artmasına səbəb ola bilər.

Nəticə etibarı ilə də banklar problemli kreditlərlə bağlı ciddi problemlərlə üz- üzə qalır. Necə ki, biz bunu 2015-ci il devalvasiyasından sonra müşahidə etdik. Ona görə də bu sahəyə daha həssaslıqla yanaşılmalıdır. Bankların marağı anlaşılandır.

Qeyd etdiyimiz kimi, daha çox gəlirli, az riskli hesab olunan və qısa müddətə verilən kreditlər olduğu üçün banklar istehlak kreditlərini verməyə maraqlı görünürlər. Amma bu, sonda yığılaraq problemli kreditlər şəklində bankçılıq sistemində həllolunmaz məsələyə dönüşür ki, sonda yük dövlətin boynunda qalır. Buna da yol vermək olmaz”.

Ekspert istehsal kreditlərinin azalmasına da münasibət bildirib:

“Mərkəzi Bankın statistikasına fikir versək görərik ki, istehsal kreditləri və kommersiya müəssisələrinə verilən kreditlər də azalıb. Bunun isə səbəbi yanlız pandemiya və onun əsasında tətbiq olunmuş karantin şəraiti deyil. Bu məsələdə pandemiyanın da payının olması sözsüzdür, lakin bizdə iqtisadi aktivlik də xeyli dərəcədə zəifləyib. Başqa dövlətlərdə istesal kreditlərinə nəzər salsaq, görərik ki, artım müşahidə olunur. Bir çox dövlətlər istehsalın artması üçün, bu sahəyə kreditləri artırır və təşviqedici təkliflərlə çıxış edirlər.

Bizdə isə pandemiyadan öncə də istehsal kreditləri az olub. Yəni pandemiyadan öncə də bizdə istehlak kreditləri biznes kreditlərini üstələyib. Bizimki, artıq hansısa forsmajor vəziyyətlə əlaqəli yox, institutsionar problemdir. Yəni Azərbaycanda iqtisadi aktivliyə maraq azdır. Çünki biznes kreditlərinin faizləri yüksək, müddəti azdır. Belə olan şəraitdə həmin kreditlər biznes üçün cəlbedici olmur”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1838