hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Vüsal Kərimli: "Küçədəki “parkovşik”lərin himayədarları var”

Vüsal Kərimli: "Küçədəki “parkovşik”lərin himayədarları var”

“Bakı şəhərində tariflər tətbiq olunmadan, parklanma ilə bağlı hər hansı yığım ola bilməz. Küçədəki “parkovşik” adlanan şəxslərin himayədarları var. Həmin şəxslərin BNA ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu sahənin şəffaflaşdırılması məsələsini ortaya çıxaranda müxtəlif istiqamətlərdən "qara piar" olunur. Əgər biz hər hansı investor cəlb ediriksə, bunun üçün parklanma ilə bağlı tarif olmalıdır".

Cebhe.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O bildirib ki, bununla bağlı beynəlxalq təşkilat işə cəlb edilib:

"Yaxın aylarda parkinq siyasəti ilə bağlı ilkin pilot layihə tətbiq olunacaq. Onda küçədə hər hansı nağd ödəniş və “parkovşik” anlayışı qalmayacaq".

Cebhe.info


Oxunma sayı: 2982