hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Virusdan qurtulmaq üçün 5 il gözləyək, yoxsa? - “Ən tez və sürətli vasitə...” - İNFEKSİONİST

Virusdan qurtulmaq üçün 5 il gözləyək, yoxsa? - “Ən tez və sürətli vasitə...” - İNFEKSİONİST

Ölkələr arasında sərhədlərin bağlı olması koronavirusun yayılmasının qarşısını ala bilmədi və bu gün pandemiyaya yoluxanların, eləcə də ölənlərin sayı getdikcə artır.

Dünyanın virusdan yaxa qurtarması üçün kollektiv immunitet əsas şərt kimi irəli sürülür.

Kollektiv immunitetin yaranmasında yoluxma və peyvənd bərabər paya, yoxsa bunlardan hansısa biri daha çox paya sahibdir?

İnfeksionist Vüqar Cavadzadə Cebhe.info-ya açıqlamasından bildirib ki, kollektiv immunitet 6 aya, bir, yaxud iki ilə yaranan məsələ deyil, buna illər lazımdır:

“Statistikaya baxsaq, bir ildən artıqdır ki, Azərbaycanda pandemiya yayıldığını görərik. İndiyədək 350 min insan yoluxub, əhalinin heç 10 faizi bu xəstəliyə yoluxmayıb. Biz kollektiv immuniteti gözləsək, onda 4-5 il vaxt lazımdır ki, insanların hamısı növbə ilə xəstələnsin, immunitet yaransın”.

O bildirib ki, kollektiv immunitetin formalaşdırılması ilə üçün tez və sürətli vasitə vaksinasiyadır:

“Bir ayın içində bir milyon insanı vaksinasiya edə bilərik, ancaq bir ayın içində 1 milyon insan yoluxa bilməz. Vaksinasiya Azərbaycanda yanvar ayının 18-dən başlayıb. Bu müddət ərzində yoluxanların sayı ilə vaksinasiya olunanların sayının müqayisə etsək görərik ki, yoluxanların sayı bir il ərzində 350 min nəfərdirsə, vaksinasiya olunanların sayı 1 milyon 500 min nəfərdir, əhalinin 15-16 faizi vaksinasiya olunub. Yəni kollektiv immunitetin formalaşmasında daha çox pay vaksinasiyanın üzərinə düşür”.

Nigar
Cebhe.info


Oxunma sayı: 5314