hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Ümid günəş və dənizə qalıb? - Meriya qərar gözləyir, həkim Hindistanı misal gətirir

Ümid günəş və dənizə qalıb? - Meriya qərar gözləyir, həkim Hindistanı misal gətirir

Çimərlik mövsümünün başlamasına qısa müddət qalıb.

Pandemiya ilə əlaqədar ötən il dəniz mövsümü qısa müddət davam edib, sonra isə çimərliklərin fəaliyyəti dayandırılmışdı.

Hazırda isə bəzi mütəxəssislər dəniz və günəş şüalarının koronavirusa qarşı effektiv olduğunu söyləyirlər.

Belə olduqda bu il dəniz mövsümünün açılması mümkün görünürmü?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov qurumun gözləmə mövqeyində olduğunu deyib:

“Bakı Şəhər İcra Hakimiyyəti çimərlik mövsümünün açılışı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini gözləyir. Operativ Qərargah hansı qərarı verəcəksə, biz bir qurum olaraq onu icra etməyə hazırıq”.

Həkim-terapevt Rasif Bağırov isə günəş şüalarının koronavirusu öldürdüyünü düşünmür:

“Hansısa həkimin və ya şəxsin əsassız olaraq dediyi fikirlərə inanmaq olmaz. Əgər günəş şüaları həqiqətən də koronavirusu öldürmək qabiliyyətinə malik olsaydı, hazırda Hindistanda heç bir yoluxma faktı qeydə alınmazdı. Lakin günümüzdə Hindistanda bir-birinin ardınca rekord yoluxma və ölüm halı qeydə alınır. Ona görə də günəş şüalarının COVİD-19-u öldürməsinin heç bir elmi əsası yoxdur”.

Həkim bildirib ki, çimərlik mövsümündə dənizə getmək insanın immun sistemini gücləndirir və müqavimət qabiliyyətini artırır:

“Bu da öz növbəsində koronavirusu daha yüngül keçirmələrinə şərait yaradır. Bu nöqteyi-nəzərdən qəbul etmək olar ki, insanların bədən müqavimətini qaldırmaq üçün lazım olan bütün proseslərdən istifadəyə şərait yaradılmalıdır”.

Cəmilə
Cebhe.info


Oxunma sayı: 1409