hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Ucuz qiymət və təhlükə bir arada: Azərbaycana gətirilən bu maşınlara maraq niyə artır?

Ucuz qiymət və təhlükə bir arada: Azərbaycana gətirilən bu maşınlara maraq niyə artır?

Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında Rusiya istehsalı olan 2,6 min ədəd minik avtomobili idxal edib. 

Rusiya mətbuatının yaydığı məlumata görə, avtomobillərin idxalına görə ilk onluğa daxil olan Azərbaycan 4-cü yerdə qərarlaşıb. 

Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Rusiya istehsalı olan avtomobillərin daha çox idxalı qiymətin digər maşınlara nisbətən ucuzluğu, həmçinin bu maşınlara xüsusi marağın olması ilə bağlıdır: 

“Rusiya istehsalı olan avtomobillərin idxalının belə çox olmasına səbəb bu avtomobillərə avtomobil həvəskarlarının xüsusi marağının olmasıdır. Əsasən gənc sürücülər köhnə sovet avtomobillərinin törəmələrini almağa davam edirlər. Bu gün “Vaz-21” “06”, “07”, “011” kimi avtomobillər Azərbaycana gətirilməsə də, onların müasir formaları “Lada Priora”, “Lada Granta”, “Niva Urban” tipli avtomobillər gətirilir. Həm də bu maşınlar digərlərinə nisbətən ucuz başa gəlir. Məsələn, eyni ildə istehsal olunmuş Almaniya maşını ölkəmizə 20 000-ə gəlib çıxırsa, Rusiya istehsalı olan  maşının qiyməti 12-15 min manat arasında dəyişir. Amma ümumi təhlükəsizlik baxımından bu avtomobillər elə də yaxşı deyil. Avropa istehsalı olan maşınlar Rusiya istehsalı olan maşınlardan daha təhlükəsizdir”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 727