hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Ucuz neft investisiyaları azaldır

Ucuz neft investisiyaları azaldır

Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafına ayrılan vəsaitlər bir qədər azalıb. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.  

Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 482,7 milyon manat vəsait yönəldilib. 

İqtisadi və sosial sahələrinin inkişafına yönələn vəsaitlərin azalmanın səbəbi nədir və bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilirmi?

İqtisadçı alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, azalma iqtisadi dinamikanın qaydalarına müvafiq olaraq baş verir: “Məlum olduğu kimi,  2015-ci ildə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və nəticədə milli valyutanın dəyərinin enməsi ilə əlaqədar respublikada müəyyən maliyyə çətinlikləri yarandı. Maliyyə sektorunda problemlər meydana çıxdı. Beləliklə, hökumətin əsas prioritet planlarından biri qeyri-neft sektorunun inkişafı ilə yanaşı, sosial sahələrin inkişafı oldu. Buna görə də ilk illər impulsiv olaraq, boşluqların aradan qaldırılması üçün kifayət qədər vəsait ayrıldı. İqtisadi nəzəriyyədə buna dinamik sıçrayış deyilir. Hazırda tədricən bu proses gedir, amma dinamik maliyyə artımının baş verməsi mümkün deyil. Yəni, artıq müəyyən boşluqlar aradan qaldırıldığı üçün, dinamik artım rəqəmlə müşahidə olunmur. Bu artım özünü keyfiyyət dəyişikliyində göstərəcək”.

İqtisadçı azalmanın davam edəcəyini gözləmir: 

“Yeni layihələrin ortaya çıxdığı bir məqamda,  makroiqtisadi artım davam edəcək. Amma sıçrayışla artımın olması mümkün deyil”.

Xatirə Nəsirova
Cebhe.info

 


Oxunma sayı: 1090