hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Trampın silah təhdidi: "4 dövlətə ünvanlanıb"

Trampın silah təhdidi: "4 dövlətə ünvanlanıb"

ABŞ Prezidenti Donald Tramp "Crew Dragon" gəmisinin Beynəlxalq Kosmik Stansiyadan buraxılması mərasimində maraqlı açıqlamalarla çıxış edib.

Belə ki, prezident çıxışında, "Biz indi tarixdə ən güclü olan silahları əldə etməyə yaxınıq. Mən artıq nümunələri görmüşəm, hətta mən özüm də buna inanmırdım"-deyə qeyd edib.

Maraqlıdır, ABŞ prezidentinin bu növbəti hədəsi kimə ünvanlanıb?

Cebhe.info-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib ki, Donald Trampın bu çıxışı “Soyuq Müharibə” dövründə liderlərin təhdid mesajını xatırladır:

“Trampın bütün ifadələri, bəyənatları və addımları bu gün seçkiqabağı kampaniya çərçivəsində onun siyasi fəaliyyəti ilə bağlıdır. Ağ Ev rəhbərinin həm xarici, həm də daxili siyasətdə atdığı addımlar məhz bu hədəfi nəzərdə tutur. Qaldı onun çıxışındakı hədənin kimə ünvanlanmasına, bu ilk növbədə bütün dünya dövlətlərinə olunub.

Çünki onun son zamanlar müttəfiqlərlə də münasibətləri o qədər də hamar deyil. Müttəfiqlik münasibətlərində çatlar əmələ gəlib. Hədənin ilk ünvanları isə Çin, Rusiya, İran və ona qarşı çıxan Şimali Koreyadır. Hansısa tədbirlərdən istifadə edərək çıxışı zamanı öz rəqiblərini təhdid etmək siyasəti “Soyuq Müharibə” dövründə də mövcud olub. Yəni liderlər, hansısa yüksək səviyyəli tədbirlərdə çıxışı zamanı öz rəqiblərinə təhdid mesajı ünvanlayıblar. Trampın indiki çıxışları da müəyyən formada həmin dövrü xatırladır. Hesab edirəm, Donald Tramp bu çıxışı ilə demək istəyir ki, Amerika nəhəng dövlətdir, onunla hesablaşmaq lazımdır.

ABÇ həmişə öz maraqları çərçivəsində hər bir addımı atmağa hazırdır. O, hökmranlıq edən bir dövlətdir və onun strateji maraqları birinci yerdədir. Yəni onun bu maraqları heç bir dövlət tərəfindən şübhə altına alınmamalıdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 14840