hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Tramp hədələdi: Qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər

Tramp hədələdi: Qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər

ABŞ Prezidenti Donald Tramp Minneapolisdəki nümayişlərlə əlaqədar bələdiyyə başçılarına və etirazçılara sərt xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, qaradərili amerikalı Corc Floydun polis zorakılığı ilə öldürüldüyündən sonra Minneapolisdə başlayan nümayişlərin şiddətli hadisələrinə çevrilməsiylə əlaqədar şəhər merinə və nümayişçilərə xəbərdarlıq edib.

Floydun polis zorakılığı nəticəsində öldürüldüyü Minneapolisdəki nümayişlərin 3-cü gecəsində bir polis bölməsinin yandırılması və bəzi müəssisələri qarət edilməsindən sonra Trump “Twitter”dən reaksiya göstərərək "Mən rahatlıqla oturub Amerikanın möhtəşəm şəhəri olan Minneapolisdə baş verənləri izləyə bilmərəm", - deyə qeyd edib.

Şəhərdə "lider çatışmazlığının" olduğunu iddia edən Tramp, "Ya çox zəif radikal solçu bələdiyyə sədri Yakob Frey, tezliklə şəhəri idarə edəcək, ya da mən Milli Qvardiyanı göndərib işlərimi həll edərəm", - deyə bildirib.

Şiddət hadisələrinə yol verən nümayişçilərə də qəzəblənən Tramp, "Bu quldurlar Corc Floydun xatirəsini çirkləndirir və mən buna imkan verməyəcəyəm. Mən bir az əvvəl Minnesota qubernatoru Tim Valtz ilə danışdım və o, ordunun bütün hallarda yanlarında olduğunu söylədi. Hər hansı bir çətinlikdə biz nəzarəti ələ alacağıq. Ancaq soyğunlar davam edərsə, silahlar işə düşə bilər. Təşəkkür edirəm”, - deyə əlavə edib.

Bundan sonra Minneapolisin bələdiyyə sədri Frey də açıqlama verib:

"Kərpic insan həyatı qədər əhəmiyyətli deyil. Bina simvolizə edən bir şey həyatdan, məmurlarımızdan və ictimaiyyətdən daha vacib deyil. Hazırda şəhərimizdə o qədər qəzəb və ağrı var. Hesab edirəm ki, şəhərimizin hamısı buna haqq qazandırır. Son bir neçə gündür soyğunçuluq baxımından gördüklərimiz qəbuledilməzdir".

Minneapolis polis işçilərini 3 bölmədəki polis idarəsindən çıxarılması barədə qərar verdiyini vurğulayan Frey, bunun həm polis işçilərinin, həm də vətəndaşların təhlükəsizliyini təmin etmək üçün doğru addım olduğunu deyib.

Frey ABŞ Prezidenti Donald Trumpın onu hədəf alan sözlərinə də münasibət bildirib.

"Zəiflik böhran vaxtı başqasını günahlandırmaqdır. Donald Tramp Minneapolisin gücü barədə heç nə bilmir. Biz çox güclüyük və bunun öhdəsindən gələcəyik".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1893