hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp əhalinin 98 %-ni vergidən azad edir

Tramp əhalinin 98 %-ni vergidən azad edir

ABŞ prezidenti Konqresdən yan keçərək bir sıra yeni qərarlar qəbul edib.

Cebhe.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.

O, koronavirus pandemiyasına görə Amerika vətəndaşlarına həftəyə daha 400 dollar məbləğində pul ödəniləcəyini bildirib.

“İllik qazancı 100 mindən aşağı olan vətandaşlarımızı gəlir vergisindən azad edirəm. Ölkənin 98 %-nin gəliri bu rəqəmdən aşağıdır. Qərar ilin sonunadək qüvvədə olacaq. Noyabrda keçiriləcək prezident seçkisində qalib gələcəyim təqdirdə, bu qərar daimi qüvvədə olacaq”, – Donald Tramp bildirib.

Tramp koronavirus pandemiyası dövründə ipoteka, o cümlədən kirayə borcları olan vətəndaşların evlərdən çıxarılmasını da qadağan edib. Bundan əlavə, o, təhsil haqqı borcları olan tələbələrə yardım məqsədilə əlavə tədbirlər görüləcəyini də deyib.

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Demokratların lideri Çak Şumer isə Trampın təklif etdiyi tədbirləri tənqid edərək respublikaçıları danışıqlara çağırıblar.

Cebhe.info


Oxunma sayı: 2685