hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tixanovskaya yeni ideya irəli sürüb - Hakimiyyətin ötürülməsi üçün

Tixanovskaya yeni ideya irəli sürüb - Hakimiyyətin ötürülməsi üçün

Prezidentliyə namizəd Svetlana Tixanovskaya Belarusda hakimiyyətin ötürülməsini təmin etmək üçün koordinasiya şurasının yaradılması təşəbbüsünün olduğunu açıqlayıb. Bu barədə onun "Həyat üçün ölkə" teleqram kanalında yayımlanan açıqlamasında deyilir.

"Bildirirəm ki, biz hakimiyyətlə dialoqa hazırıq. Ölkədə baş verənləri və Belarusda qanunun aliliyinin bərpası üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini nəzərə alaraq, mən, Svetlana Tixanovskaya, hakimiyyətin ötürülməsini təmin etmək üçün koordinasiya şurasının yaradılmasını təşəbbüs edirəm. Bu şuraya vətəndaş cəmiyyətinin nümayəndələri, hörmətli və tanınmış belaruslar, öz sahələrinin mütəxəssisləri qoşula bilər," Tixanovskaya deyib.

Svetlana Tixanovskaya cəmiyyəti yeni koordinasiya şurasında birləşməyə çağırıb. Onun sözlərinə görə, onlara insanların köməyi, təcrübəsi, əlaqələri, mütəxəssis məsləhətləri və dəstəyi lazımdır.

O, şura üzvlüyünə namizədliklə bağlı ərizələrin qəbulunu köməkçisi Olqa Kovalkovaya və vəkili Maksim Znakaya tapşırıb. Tixanovskaya seçki qərargahın fəaliyyətini davam etdirdiyini əlavə edib.

Tixanovskaya həmçinin beynəlxalq ictimaiyyətə və Avropa ölkələrinə müraciət edərək, onları Belarus höküməti ilə dialoqun təşkilinə yardım etməyə çağırıb.

"Biz çoxluq olduğumuzu göstərdik. Bu ölkə bir nəfərə deyil, bizə, Belarus xalqına aiddir" Tixanovskaya deyib.

Onun sözlərinə görə, hakimiyyət insanlarla dialoqa hazır olduğunu göstərməlidir, bu isə o deməkdir ki, onlar tutulanları sərbəst buraxmalı, təhlükəsizlik işçilərini şəhər küçələrindən çıxarıb, insanları öldürmək və güllələmək əmri verənlərə qarşı cinayət işi başlatmalıdır.

Svetlana Tixanovskaya polisə, orduya və digər təhlükəsizlik işçilərinə qırğının dayandırılması tələbi ilə müraciət edib. "Siz Belarus Respublikasına və xalqınıza xidmət etməyə and içmisiniz. Biz insanlar, xalqın tərəfini tutan hər kəsə minnətdar olacağıq," o deyib.

Bundan əvvəl Svetlana Tixanovskaya vətəndaşlara qarşı zorakılığı pisləyən video mesajı yayımlayıb və 15 və 16 avqust tarixlərində bütün icra başçılarını hər bir şəhərdə dinc kütləvi toplantıların təşkilatçısı olmağa çağırıb.

Cebhe.info


Oxunma sayı: 3323