hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Tərtərdə təhlükəli vəziyyətdə qalan şəxslər xilas edilib

Tərtərdə təhlükəli vəziyyətdə qalan şəxslər xilas edilib

Mayın 28-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman qurulmuş dəmir ayaq altlıqların divardan aralanması və nəticədə 2 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Yanğından Mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində xilasedicilər həyati təhlükə ilə üzləşmiş şəxsləri xilas edib, həmçinin, aşma təhlükəsində olan dəmir konstruksiyada bərkitmə işləri görüblər.

Cebhe.info


Oxunma sayı: 958