hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Türkiyə humanitar fəlakətlə üz-üzə

Türkiyə humanitar fəlakətlə üz-üzə

Mərkəzi Vaşinqtonda yerləşən “Refugees International” Beynəlxalq qaçqın haqları təşkilatı İdlibdəki hücumlar səbəbindən çoxlu sayda insanın Türkiyəyə doğru hərəkət etdiyi barədə məlumat yayıb.

Adıçəkilən qurum Türkiyə hökumətini təcili olaraq yeni qaçqın düşərgələri qurmağa çağırıb. “Refugees International”ın hesabatına görə, Rusiyanın dəstəyi ilə Əsədə tabe olan ordu qüvvələrinin İdlibə hücumu indiyə qədər ən böyük qaçqın axınının yaranmasına gətirb çıxarıb.

İdlibdən Türkiyəyə on minlərlə qaçqın axını baş verdiyinə diqqətçəkən təşkilat rəsmi Ankaraya Suriyanın şimalında çadır düşərgələri yaratmağı təklif edib. Eyni zamanda, hesabatda Avropa ölkələrinin İdlib qaçqınları üçün fond yaratmasının vacibliyi qeyd edilir.

İdlib vilayətinə avqustun 18-dən bəri başlanan hücumlar nəticəsində 500 min nəfərdən artıq insan öz evlərindən və məskunlaşdığı yaşayış yerlərindən didərgin düşüb. Rusiya tərəfindən dəstəklənən Suriya rejimi müxalifətin son qalasını ələ keçirmək üçün Suriya müharibəsinin ən qanlı fəsillərindən biri halına gəlmiş zalım bir hücum təşkil edib. Bu hücumların nəticəsində çoxlu sayda dinc sakin həyatını itirib, ya da qaçmaq məcburiyyətində qalıb. İdlibdəki mülki əhalinin yarısına qədəri onsuz da Əsəd rejimi tərəfindən yenidən ələ keçirilən ölkənin digər şəhərlərindən qaçqın düşmüşdü. Mülki əhalinin üçdə ikisi humanitar yardımlar hesabına yaşaya bilirdi. Son dövrlər isə İdlibdə humanitar fəlakət yaşanır”-hesabatda belə qeyd edilir. Son üç ayda Əsəd rejimi və Rusiyanın mülki əhali ilə silahlı qruplara fərq qoymadan həyata keçirdiyi bombardmanlar nəticəsində 500-dən artıq insanın öldüyü, minlərlə insanın yaralandığı xəbər verilir. Məktəblər və xəstəxanalar da daxil olmaqla mülki obyektlər aviazərbələrlə dağıdılıb.

Silahlı qruplar da buna cavab olaraq, rejimin nəzarətində olan ərazilərdə yaşayış məntəqələrini və hərbi obyektləri fərq qoymadan bombalamaqda davam edir. Nəticədə, xeyli sayda dinc insan həyatını itirib. “İlavətən” terror qruplaşması, həmçinin “Əl-Qaida”ya bağlı olan “Həyət Təhrir əş-Şəm” təşkilatı dinc insanları qaçıraraq onlara qarşı, işgəncə, zorakılıq kimi cinayətlər törədib. Hazırda 3,5 milyon nəfər Suriya vətəndaşına sığınacaq vermiş Türkiyə İdlibdə baş verən hərbi əməliyyatlardan ciddi narahatlığını bildirir. Rusiya və Əsəd silahlı qüvvələrinin şimala doğru irəliləməsi on minlərlə qaçqın dalğasının Türkiyəyə üz tutmasına səbəb ola bilər. Avropa ölkələrinin həmin qaçqınlara sığınacaq vermək ehtimalı azdır. Çünki 2012-2016-cı illərdə Avropaya üz tutan qaçqın axını Avropa Birliyində mühacirlər əleyhinə etiraz hərəkatlarının meydana çıxmasına səbəb oldu. Bu, həm də Avropa ölkələrinin təhlükəsizliyi üçün ciddi problem yaratdı. Yəni qaçqınların arasında çoxsaylı terrorçular Avropaya keçə bildi. Nəticədə, Belçikada, İsveçdə, Fransada və digər ölkələrdə terror aktları törədildi. Bu isə Avrpoda mühafizəkar cərəyanların güclənməsinə səbəb oldu və hakimiyyətdə olan partiyalar üçün təhlükə yaratmağa başladı. Ona görə də Avropa ölkələrinin İdlibdən gələn qaçqın “dalğasını” qəbul etmək ehtimalı azdır.

Qaçqınları qəbul etmək Türkiyə üçün də asan olmayacaq. İqtisadi problemlər yaşayan Türkiyənin yeni qaçqın “dalğası” qəbul etməsi, yaxud Suriya ərazisində çadır şəhərciyi inşa edib onu maliyyələşdirməsi imkanı xeyli azdır. Avropa Birliyi vaxtilə Türkiyəyə vəd etdiyi 3 milyard dollar maliyyə yardımını ödəmədiyi üçün bu dəıfə də dəstək verəcəyi inandırıcı görünmür. Humanitar fəlakətlə üzbəüz qaldığını görən rəsmi Ankara isə həyəcan təbili çalmağa başlayıb. “İdlib yox olmaq üzrədir. Hələb necə yox oldusa, İdlib də elə yox olacaq” -deyə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1970