hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Xankəndidə sülhməramlıların sıra keçidi olub:"Bu, 10 noyabr Bəyannaməsinin kobud şəkildə pozulmasıdır"

Xankəndidə sülhməramlıların sıra keçidi olub:"Bu, 10 noyabr Bəyannaməsinin kobud şəkildə pozulmasıdır"

"Rusiya sülhməramlı qüvvələri Xankəndində sıra keçidi edib. Bu, artıq onların missiyasından kənara çıxmasının bariz nümunəsidir".

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, digər tərəfdən Xankəndidə separtçıların silahlı birləşmələri də keçid edib:

"Bu, 10 noyabr birgə Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Amma görüntülərdən də aydın olur ki, silahlı erməni birləşmələri nizamsız hərəkət edir. Bu, onu göstərir ki, artıq burada emənilərin hər hansı bir "dövlət" yaratmaq planı fiaskoya uğrayıb".

Naibə
Cebhe.info


Oxunma sayı: 1838