hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Səudiyyəlilər marketlərə "hücum çəkdilər" - SƏBƏB koronavirus DEYİL

Səudiyyəlilər marketlərə "hücum çəkdilər" - SƏBƏB koronavirus DEYİL

"Səudiyyə Ərəbistanında iyulun 1-dən ƏDV üçqat (5 faizdən 15 faizədək) artırıldığına görə əhali marketlərə "hücum çəkib".

BİG.AZ-ın verdiyi xəbərə görə, bu barədə CNBC yazır.

Mağazalardakı vəziyyətin "Qara Cümə"ni xatırlatdığı qeyd olunur.

ƏDV-nin artacağı barədə hələ may ayından elan olunub. Sakinlər qiymətlərin də bahalaşacağından qorxurlar.

İyun ayının sonundakı təlabatla bağlı bir çox mağazalarda satış planı artıqlamasıyla doldurulub. Satıcıların sözlərinə əsasən, məsələn, iyun ayında əvvəlki beş ayla müqayisədə daha çox avtomobil satılıb.

ƏDV-nin kəskin artması qlobal iqtisadiyyatdakı tənəzzül və neftin ucuzlaşması səbəbindən gəlirləri əhəmiyyətli dərəcədə azalan büdcənin doldurulmasına ehtiyacdan irəli gəlir. Hökumət "Vision 2030" inkişaf proqramı çərçivəsində keçirilən bəzi layihələrdən imtina etməli olub.

Cebhe.info


Oxunma sayı: 738