hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Şəmkirdə minik maşını ağaca çırpılıb, ölən və xəsarət alan var

Şəmkirdə minik maşını ağaca çırpılıb, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkaətdə olan “Mercedec” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Qasımov Eldəniz Məhərrəm oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, avtomobildə olan bir nəfər sərnişin isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1134

Bizim Telegram səhifəmizi izləyin