Şəhid və qazi ailələrinə psixoloji yardım göstərilir

FHN-in dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoterapevtlər Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar.
Cebhe.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.
Belə ki, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.
Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.
Cebhe.info
Oxunma sayı: 859