hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Sahil Babayev: "Əmək Məcəlləsinə köklü dəyişikliklər ediləcək"

Sahil Babayev: "Əmək Məcəlləsinə köklü dəyişikliklər ediləcək"

“Əmək Məcəlləsinə çox geniş dəyişiklik layihəsi hazırlanıb. Eləcə də Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar Təşkilatları Milli Konfedarasiyası və digər sosial tərəfdaşlarımızla müzakirələr aparılır. Onların rəyləri də alınıb”.

Cebhe.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.

O bildirib ki, artıq əksər dövlət qurumları ilə dəyişikliklərin müzakirəsi yekunlaşdırılıb:

"Əmək Məcəlləsinə dəyişikliyin 11 maddəsi məhz əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Fondunun da əsas məqsədi İcbari Sığorta Bürosu ilə birgə iş yerlərində bədbəxt hadisələrdən sığortalanma məsələlərinin tam şəkildə tətbiqinin təmin edilməsinə yönəlib".

Cebh.info


Oxunma sayı: 1255