hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Sabah" baş məşqçisini göndərdi

"Sabah" baş məşqçisini göndərdi

"Sabah” baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

Cebhe.info klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

Qeyd edək ki, Sopiç ötən ilin dekabrında Bakı klubuna baş məşqçi təyin olunub. Onunla klubla 2021-ci ilin yayına kimi müqaviləsi vardı.

Xatırladaq ki, "Sabah" koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasında 6-cı pilləni tutub.

Cebhe.info


Oxunma sayı: 947