hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Rusiyada son sutkada daha 8855 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada daha 8855 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 8855 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 458 689 nəfərə çatıb.

Son sutka ərzində 197 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5725 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 221 388 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.

Cebhe.info


Oxunma sayı: 815