hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Robert Köçəryan: “İstənilən qonşu dövlət ölkəmizi ələ keçirə bilər”

Robert Köçəryan: “İstənilən qonşu dövlət ölkəmizi ələ keçirə bilər”

“Ermənistan Rusiyanın strateji müttəfiqliyindən protektoratlığına çevrildi və taleyin istehzasın bax ki, bütün bunlar respublikada bir rus hərbi bazasının olmasına etiraz edən insanlar tərəfindən edildi”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan “Hayeli.am”, “Politik.am” və “Yerevan.today”-ə online müsabihəsində mühasibəsində belə deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti Süniki (Zəngəzur) yalnız respublikanın Rusiyanın himayəsində olduğuna görə itirməyib. Ancaq bu, həmişə belə olmayıb.

“90-cı illərdə Ermənistan ordusu bölgədə ən döyüşkən ordu idi, İrəvan və Moskva isə müttəfiqlik səviyyəsində idi. İndi o qədər zəifik ki, istənilən qonşu dövlət ölkəmizi ələ keçirə bilər. Özünü müdafiə edə bilməyən ölkənin statusu bilirsinizmi nədir?”,-Köçəryan belə deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 881