hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

"Rəsulzadə, Nuru Paşa və Əhməd bəy Ağaoğluna xüsusi status verilsin" - DEPUTAT

"Rəsulzadə, Nuru Paşa və Əhməd bəy Ağaoğluna xüsusi status verilsin" - DEPUTAT

“Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı, Əhməd Ağaoğluna və Nuru Paşaya xüsusi status verilməlidir”.

Bunu Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa dövlətçiliyimiz uğrunda xidmətləri olmuş şəxsiyyətlərə xüsusi statusun verilməsi təklifindən danışarkən deyib. Deputatın sözlərinə görə, irsimizə sahib çıxırıqsa, Rəsulzadənin buradakı əlahiddə və önəmli rolunu qiymətləndirməliyik:

“Azərbaycanda bir neçə şəxsiyyətin adının və irsinin qabardılması, onların cəmiyyətdə daha çox əlçatan edilməsi dövlətimizin sütunlarının möhkəmlənməsi baxımından vacibdir. Bunlar Rəsulzadə, Əhməd bəy Ağaoğlu və Nuru Paşadır. Rəsulzadə məsələsinə də eyni prizmadan baxılmalıdır və ona olan münasibətdə köklü dəyişikliklər baş verməlidir. Bu, yalnız Azərbaycan cəmiyyətinin düşüncəsinə və dövlətçilik şüuruna xidmət edər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5072