hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Regionda müharibə təhlükəsi: “Azərbaycan neytrallığını qorumalıdır” - Politoloq

Regionda müharibə təhlükəsi: “Azərbaycan neytrallığını qorumalıdır” - Politoloq

İran və ABŞ arasında münasibətlərinin  gərginləşməsi regionda müharibənin olacağı  narahatlığına əsas verir.

Maraqlıdır, ABŞ-la İran arasında müharibə baş verərsə, bu, Azərbaycanın sosial, iqtisadi və siyasi sferasına hansı şəkildə təsir göstərə bilər? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Məhəmməd Əsədullazadə bildirib ki, müharibə başlayacağı təqdirdə  Xəzər dənizində təhlükəsizlik pozulacaq:

"ABŞ-ın İrana hərbi müdaxiləsi regionda yeni xaosa səbəb ola bilər. İran Azərbaycanın yaxın qonşusudur və bu ölkə ilə iqtisadi və siyasi əlaqələrə malikik. Təbii ki, müharibə ölkəmizə də təsiriz ötüşməyə bilər. İqtisadi əlaqələr zəifləyəcək və humanitar böhran  ola bilər. Hesab edirəm ki, iki ölkə müharibə astanasındadır. Amma tərəflərin danışıqlarda çıxış yolu da var. Bu müharibədə ABŞ maraqlarına qarşı İranın hərəkət edəcəyini də istisna etmirəm. Azərbaycan ilk növbədə öz neytrallığını qorumalıdır. Maksimum şəkildə regionda öz maraqlarına uyğun siyasət aparmalıdır. İranın regionda aqressiyası davam edir. Regionumuz yeni risklərlə üz-üzədir. Müharibənin başlanması Xəzər dənizində təhlükəsizliyin pozulmasına gətirə bilər. Bu da Azərbaycanın neft platformaları üçün təhdiddir".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 6051