hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Razi Nurullayev: “Partiyaların qeydiyyata alınması bizim üçün də şans yaradır”

Razi Nurullayev: “Partiyaların qeydiyyata alınması bizim üçün də şans yaradır”

"Son zamanlar siyasi partiyaların qeydiyyata alınması bizim üçün də şans yaradır".

"Qafqazinfo" xəbər verir ki, bunu yeni AXCP sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, vətəndaşlar siyasətdən və siyasətçilərdən narazıdır:

"Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müxalifət partiyalarına da tərəfsiz münasibətinin bizim düşərgədə də müsbət qarşılandığını görmək olur və ümid edirəm ki, münasibətlərin bu prizmada qurulması cəmiyyətimiz və insanlarımız üçün faydalı olacaq. Demokratiya yolunda addımlarını sürətləndirmək istəyən dövlətlər, fərqli düşünənləri vurub sıradan çıxarmaq yox, onların da güclü olmasında maraqlı olmalıdır. Yeknəsəq cəmiyyətlər bir müddət üçün hamar addımlaya bilir, sonra isə mütləq şəkildə siyasi, iqtisadi və sosial kataklizmlərdən əziyyət çəkir. Belə başa düşürəm ki, müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyev də ölkə Prezidentindən bu yöndə aldığı tapşırıqları nəticəyə söykənən əsaslarla icra etməyə çalışır.

Dövlətinə, vətəndaşlarına və torpağına bağlı siyasi partiyaları və təşkilatları rənglərə bölmək çox ziyanlıdır. Civil, siyasi mədəniyyətə söykənən siyasətə ehtiyac var. Etiraf etmək lazımdır ki, insanlarımız siyasətdən və siyasətçilərdən çox narazıdır. Bu düşüncəni aradan qaldırmaq üçün yaranan şansı qiymətləndirmək vacibdir və biz bunu dəyərləndirmək qərarı vermişik".

Cebhe.info


Oxunma sayı: 3026