hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Rövnəq Abdullayev Türkmənistana niyə getdi?

Rövnəq Abdullayev Türkmənistana niyə getdi?

Builki sərgidə əsas diqqət neft-qaz və kimya sahələrinə yönəldilib

Aşqabadda “Türkmənistanın nefti və qazı 2019” konfransı isə başlayıb.

Konfrans çərçivəsində keçirilən “OGT-EXPO” sərgisində ən böyük yerli və xarici şirkətlər neft-qaz quyularının kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin hasilatı, daşınması və emalı, logistika və nəqli sahəsində yerli istehlakçılara deyil, dünya bazarına da öz imkanlarını təqdim edirlər.

“Türkmənistanın nefti və qazı 2019” konfransında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə SOCAR, “Dragon Oil” (BƏƏ), “Petronas” (Malayziya), “CNPC” (Çin), “Sumimoto Corporation” (Yaponiya), “Tatneft” (Rusiya), “Çalık Enerji” (Türkiyə), “Schlumberger”, “GESSCON GmbH” (Almaniya) və bu sahənin iri şirkətləri iştirak edir.

Builki sərgidə əsas diqqət neft-qaz və kimya sahələrinə yönəldilib.

Sərgidə yerli şirkətlər beynəlxalq əməkdaşlığın təbii ehtiyatların hasilatında deyil, daha çox istehlakçılar tərəfindən tələb olunan yüksək dəyərə malik məhsulların istehsalında daha geniş vüsət almasına diqqət yetiriblər.

Cebhe.info


Oxunma sayı: 683