hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qonşu ölkədə dollar bahalaşır: Manatı nə gözləyir? - AÇIQLAMA

Qonşu ölkədə dollar bahalaşır: Manatı nə gözləyir? - AÇIQLAMA

Dünya bazarlarında ucuzlaşan dollar Türkiyədə son 4 gündə 5,54% bahalaşıb.

Avqustun 4-də 6,8974 lirə olan dollar sürətlə bahalaşaraq 7,2796 lirəyə çatıb.

Qonşu ölkədə dolların bahalaşmasının Azərbaycana birbaşa və dolayı təsirləri gözlənilirmi?

Bir məqamı da qeyd edək ki, Azərbaycan iqtisadiyyatında önəmli yer tutan neftin qiymətində ucuzlaşma müşahidə olunur.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,53% azalaraq 1 barelə görə 44,40 dollar təşkil edib.

İqtisadçı Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırkı iqtisadi göstəricilərə, idxal-ixrac əməliyyatları arasında balans, 2019-cu ilin sonunda əldə olunan müəyyən müsbət saldolar nəzərə alınsa, hazırda manata təzyiq yoxdur:

“Ən azı ilin üçüncü rübün sonuna kimi, çıxılmaz vəziyyətə düşüb devalvasiyaya getmək riski yoxdur. Həmçinin nəzərə alsaq ki, dollar dünya bazarında funt sterlinqə, avroya qarşı ucuzlaşır, manata təzyiq minimum səviyyəyə gəlib çatıb. Amma risk hər zaman var. Neftin qiyməti həssas bir vəziyyətdədir, yəni hələlik dayanıqlı formalaşmayıb, bizim iqtisadiyyatımızın əsaslı bir hissəsi isə neftdən asılı bir vəziyyətdədir. Bu baxımdan yanaşdıqda demək olar ki, təhlükə yoxdur, amma ehtiyatı da əldən vermək olmaz”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 5182