hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100283S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Cebhe.info xəbər verir ki, bu haqda BFB məlumat yayıb.

Bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 435 milyon 984 min AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar avqustun 5-də ödəniləcək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2179