hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

"Qasparyan hökumətdən xəbərsiz Qarabağa hərbçi göndərir” - ŞƏRH

"Qasparyan hökumətdən xəbərsiz Qarabağa hərbçi göndərir” - ŞƏRH

"Ötən gün Ermənistan hərbi hissəsinin bir qrup hərbçiləri Qarabağa göndərilmərinə etiraz edərək hərbi hissəni tərk ediblər.

Göründüyü kimi, Ermənistan hökumətinə tabe olamayan Baş Qərargah vəziyyəti gərginləşdirmək üçün Azərbaycan ərazisinə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına 10 noyabr Bəyannaməsinə zidd olaraq hərbçilər göndərir. Hərbçiləri mülki geyimdə Laçın dəhlizindən keçirməklə, Qarabağda yerləşdirməyə çalışır".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, çevrilişə cəhd edən Baş Qərargah rəisi Onik Qasparyan Rusiyanın təlimatı ilə Azərbaycan ərazilərinə hərbçilər göndərir:

"Qeyd edim ki, silahlı erməni birləşmələri sülhməramlı qüvvələrin nəzarət etdiyi ərazilərdə qalmaqdadır və buradakı separatçı rejim silahlı erməni birləşmələrinin sıralarına canlı qüvvə tapa bilmir. Bunu Ermənistan hərbçiləri hesabına etməyə çalışır. Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə indiki situasiyada hərbçilər göndərmək marağında deyil.

Çünki yenidən problemlərin ortaya çıxmasına gətirib çıxaracaq. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Demək Rusiyanın nəzarətində olan, çevrilişə cəhd edən Baş Qərargah rəisi Onik Qasparyan Rusiyanın təlimatı ilə Azərbaycan ərazilərinə hərbçilər göndərir. Rusiya sülhməramlı qüvvələri bu prosesə nəzarət edir.

Hazırda Ermənistan öz sərhədlərini qorumaq üçün kifayət qədər hərbçiyə malik deyil. Belə olan təqdirdə, hökumət Qarabağa Azərbaycan ərazisinə hərbçi göndərməsi mümkün deyil. Bu, birbaşa müharibəyə hazırlıq kimi dəyərləndirilə bilər. Ermənistan vətəndaşları da Qarabağa hərbçilər göndərilməsinə qarşıdır".

M.Əsədullazadəyə görə, Onik Qasparyan Qarabağa hərbçiləri Ermənistan rəhbərliyindən xəbərsiz göndərir:

"Baş Qərargah rəisi Onik Qasparyan revanşistlər qrupuna daxildir və Ermənistan hökumətindən xəbərsiz Qarabağa hərbçi göndərir. Azərbaycan artıq Laçın dəhlizində post qoyması zəruridir. Məhz Prezident İlham Əliyev bir neçə gündür ki, sülhməramlılarla bağlı narazılığını bildirir və Moskavaya açıq mesaj verir. Vəziyyəti gərginləşdirən Kremldi. Azərbaycan Ermənistan arasında sülh müqaviləsi bağalamaqda maraqlı deyil".

Cebhe.info


Oxunma sayı: 1893