hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağ atları beynələxalq konfransın mövzusu olub

Qarabağ atları beynələxalq konfransın mövzusu olub

Rusiyadakı "Unicorn Challenge" şirkətinin baş direktoru Elvin İmanovun və "İpposfera" beynəlxalq atçılıq sərgisinin direktoru Yevgeniya Filipovanın birgə təşəbbüsü ilə beynəlxalq videokonfrans keçirilib.

Bu barədə Cebhe.info-ya Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Videokonfransda Ümumrusiya Atçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Zaytsev, Qarabağ cins atlarının yetişdiricisi, "Qarabağ cinsli atların Dövlət Damazlıq Kitabı"nın redaktoru Yaşar Quluzadə, AMEA-nın əməkdaşı Paşa Həsənli, İran İslam Respublikasının Atçılıq Federasiyası nəzdində Qarabağ cinsləri komitəsinin sədri İbrahim Xudabəndia, Təbriz Universitetinin baytarlıq fakültəsinin professoru Həsənəli Maxpeykar, ABŞ-da Qarabağ Atları Cəmiyyətinin sədri Samir Orucov, latviyalı rəssam Datse Ştrasse, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev və başqaları çıxış ediblər.

Qarabağ cinslərinin tarixi barədə ətraflı məlumat verilib, layihənin maraq doğurduğu və pandemiya ilə əlaqədar karantin məhdudiyyətlərinin tamamilə götürülməsindən sonra müştərək işə başlamağın mümkünlüyü, Qarabağ atlarını yetişdirən azərbaycanlı icmalarının Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Atçılıq İdman Federasiyası ilə sıx əməkdaşlıq etməsinin vacibliyi bildirilib. "Qarabağ, eləcə də Dilboz cinslərinin yetişdirilməsi üzrə damazlıq proqramının yaradılmasının" aktual olduğu diqqətə çatdırılıb və Qarabağ at cinsinin mühafizə olunmasına dair təkliflər səsləndirilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1816