hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Qalmaqallı telefon söhbətində yeni sima: Trampı kürsüsündən edəcək adam kimdir?

Qalmaqallı telefon söhbətində yeni sima: Trampı kürsüsündən edəcək adam kimdir?

Ukrayna və ABŞ prezidentlərinin Donald Tramp üçün impiçment təhlükəsi yaradan telefon danışığı barədə yeni detallar məlum olub. 

Cebhe.info xəbər verir ki, telefon söhbətinin detalları barədə bilən şəxsin prezidentliyə namizəd Co Baydenin adamı olduğu deyilir. Bu barədə Konqresdə ifadəsi zamanı inspektor Maykl Atkinson deyib. Ancaq o, çıxışında “demokratların prezidentliyə namizədi olan şəxslə bağlı olan adam” ifadəsi işlədib. Məlumdur ki, demokratların namizədi Co Baydendir. 

Xatırladaq ki, iki prezidentin telefon söhbəti günlərdir ABŞ daxilində olduğu kimi, dünyada da müzakirə olunur. Mətbuat yazır ki, Tramp Zelenskiyə təzyiq göstərərək Baydenin oğlu Haytenə cinayət işi açılmasını istəyib. Demokratlar bunu xarici ölkənin ABŞ seçkisinə təzyiqi kimi dəyərləndirir və buna şərait yaratmaq istəyən Trampın istefaya göndərilməsini istəyir. 

24 sentyabrda Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi impiçment prosedurunun başladıldığını elan edib. Bundan sonra Ağ Ev söhbətin stenoqramını yayıb. Zelenski isə bəyan edib ki, Tramp ona təzyiq göstərməyib və heç bir şərt qoymayıb: "Mənə ancaq 6 yaşlı oğlum təzyiq edə bilər".  

Xəzər
Cebhe.info


Oxunma sayı: 12552