hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

"Qadına şiddətə yox": Bir qrup qadının aksiyası

"Qadına şiddətə yox": Bir qrup qadının aksiyası

Bu gün Bakıda bir qrup fəal qadın aksiya keçirib.

Cebhe.info xəbər verir ki, Bakının mərkəzində -“Fəvvarələr meydanı”nda, Natəvan heykəlinin yanında keçirilən aksiyada qadınlara zorakılığa son qoyulması tələb edilib. 

Piketdə “Qadına zorakılığa son”, “İstanbul konvensiyasını qəbul et” və digər şüarlar səslənib. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “BBC News Azərbaycanca”ya "yürüş zamanı saxlananların olmadığını, bütün iştirakçıların sərbəst buraxıldığını" deyib.

Qeyd edək ki, son  monitorinqinə görə, bu ilin yanvarından indiyədək 80-dən çox qadın ailə üzvləri tərəfindən ya öldürülüb, ya da ağır bədən xəsarətlərinə məruz qalıblar.

Ailə, Qadın və Uşaq Dövlət Komitəsi məişət zorakılığlnın qarşısının alınması üçün Milli Fəaliyyət planın hazırlandığını bildirib.

"Biz, "Dözmə! Yürüş et!" yürüşünün iştirakçıları sonda bəyanat qəbul ediblər. Sənəddə deyilir: “Azərbaycanda mütəmadi şəkildə baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, qadınlara qarşı məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara, təzyiqlərə qarşı etiraz edirik. Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik. Biz bəyan edirik ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər qadınların hüquqlarını qorumalı olan hüquq-mühafizə sistemində və digər dövlət strukturlarında da hakimdir. Bəyan edirik ki, Azərbaycanda mövcud olan hazırki qanunvericilik qadınların müdafiəsi üçün yetərli qabaqlayıcı tədbirləri əhatə etmir və təkmilləşdirilməlidir.

Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası" Azərbaycan tərəfindən imzalansın və ratifikasiya edilsin".

 

Cebhe.info


Oxunma sayı: 2135