hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Pullu yollardan qazancı kim götürəcək: Dövlət, yoxsa ayrı-ayrı şəxslər? 

Pullu yollardan qazancı kim götürəcək: Dövlət, yoxsa ayrı-ayrı şəxslər? 

Xəbər verildiyi kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib.

Bu qayda avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir. Qeyd edək ki, qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

Maraqlıdır, alternativ yol olmadan yolun ödənişli olması nə qədər düzgündürə

Bundan əlavə ödənişli yol operator kimi özəl şirkətlərə veriləcək, yoxsa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında qalacaqə

Mövzu ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ödənişli yol o zaman tətbiq oluna bilər ki, onun alternativi olsun:

“Həmin qaydalarda da bu öz əksini tapıb. Ödənişli yol bütün standartlara və texniki şərtlərə tam cavab verən yüksək səviyyəli yoldur. Bu yolun ödənişsiz yoldan əsas fərqi, yüksək sürətin tətbiq olunması, heç bir kəsişməsinin, piyada keçidinin olmaması və bu yola insanın, heyvanın keçməməsidir. Ödənişli yol digər yollara nisbətən həm də qısadır. Məsələn, cənub istiqamətinə çəkilən yol digər yollardan təqribən 30-40 kilometr qısadır. Yəni 15-20 dəqiqə mənzil başına tez çatmaq deməkdir. Mümkün deyil ki, yalnız bir yol çəkilsin və o da ödənişli olsun. Ödənişli yolları bələdiyyələr və ayrı-ayrı şəxslər çəkə bilər.

Ümumi baxanda gələcəkdə istər varlı, istərsə də kasıb olsun, hər kəs ödənişli yoldan istifadə edəcək. Ödənişli yolların tətbiqi çox gözəl sistemdir və dünyanın bir çox ölkələrində tətbiq olunur. Heç kimi də məcbur etmirlər ki, gəlib o yoldan keçsinlər. Hesab edirəm ki, aidiyyəti dövlət qurumları da bu məsələyə çox həssas yanaşmalıdırlar. İnsanlar arasında ikrah hissi yaratmaq olmaz”.

Ödənişli yollarda operator şirkətin kim olacağına gəlincə, ekspert bildirib ki, nəqliyyat sektoru ilə məşğul olan müəyyən şirkətlər var:“Onlar belə yolları dövlətdən alıb icarəyə götürə bilirlər, işlədirlər. Amma qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Yəni onlar özbaşına hansısa qiymət tənzimləyə bilməzlər. Sadəcə olaraq, o şirkətlərin həmin yollardan xeyri o olacaq ki, həmin yolda müəyyən reklam lövhələri qoyub, müəyyən faiz qazansınlar. İaşə obyektləri belə tikilirsə, oradan da müəyyən gəlir şirkətin balansına keçəcək. Bir sözlə, o şirkət təmənnasız xidmət göstərmir. Onun mütləq ki, qazancı olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6337