Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb.
Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi səlahiyyətinə də malik olacaq.
Cebhe.info
Oxunma sayı: 1255
Bizim Telegram səhifəmizi izləyin