hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Prezidentlə mer arasında gərginlik şiddətlənir

Prezidentlə mer arasında gərginlik şiddətlənir

ABŞ-da qaradərili Corc Floydun ölümü ilə bağlı küçələrdə etirazlar nisbətən sakitləşsə də, siyasətçilər hələ də gərgindir.

Cebhe.info xəbər verir ki, Prezident Donald Tramp, Vaşinqton meri Muriel Bovserə "pis cılız" və “Vaşinqton kimi əhəmiyyətli bir şəhəri idarə etmək üçün yetərli olmayan" sözlərilə ittiham edib.

Bovser açıqlamalarında, Trampın əleyhinə çıxış edərək Milli Qvardiya və şəhərdəki digər qoşunları istəmədiyini söylədikdən sonra Ağ Evin qarşısındakı yola "Black Lives Matter (Qaradərililərin həyatı dəyərlidir)”, - sözlərini yazdırıb.

Məsələyə isə Trampdan əks cavab gəlib. Belə ki, Tramp rəsmi “Twitter” hesabından yazdığı açıqlamasında "Bovser çox səriştəsizdir və Vaşinqton kimi əhəmiyyətli bir şəhəri idarə etmək üçün yetərli gücə sahib deyil. Milli Qvardiya əraziyə cəlb olunmasaydı, Bovser Minneapolis merindən daha yaxşı iş görə bilməzdi”, - deyə qeyd edib.

Milli Qvardiyanın son günlərdə Vaşinqtondakı etirazların önünə keçərək “böyük utancların” qarşısını aldığını bildirən Tramp, "Bovser Milli Qvardiyaya yaxşı münasibət göstərmirsə, fərqli bir qrup gətirərik", - deyib.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 782