hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Prezident maska taxıb xalqın arasına çıxdı​

Prezident maska taxıb xalqın arasına çıxdı​

Tacikistan prezidenti Emomali Raxmon ölkəsində koronavirus pandemiyasının olduğu təsdiqləndikdən sonra ilk dəfə bölgələrə səfər edib.
Cebhe.info xəbər verir ki, bu barədə ölkə başçısının rəsmi saytında məlumat yayılıb.

Səfər çərçivəsində dövlət başçısı Xatlon vilayətindəki fermer təsərrüfatlarında olub və əhalinin yaşayış şəraiti ilə maraqlanıb. Eyni zamanda əkin sahələrində işlərin gedişi və ümümi vəziyyətlə tanış olub.

Ölkə prezidenti Cayxun mərkəzi rayon xəstəxanasında da olub. Lakin onun xəstələrlə görüşdüyü barədə məlumat verilmir.
Qeyd edək ki, səfər çərçivəsində görüşlər zamanı E. Raxmon koronavirus pandemiyasının yayılmamasının qarşısını almaq üçün təyin edilmiş sosial məsafə qaydalarına əməl edib və tibbi maskadan istifadə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 5050