hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Polis üçün miniatür tapança hazırlandı - Rusiyada

Polis üçün miniatür tapança hazırlandı - Rusiyada

Moskva Region Mərkəzi Tədqiqat Mühəndisliyi İnstitutu Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın əməkdaşları tərəfindən gizli daşınması üçün kompakt "Poloz" adlı tapança hazırlanıb.

Unikal.org xəbər verir ki, 9 mm çaplı özüdoldurulan tapança 50 metrə qədər məsafədən vura bilir. Silah -50 ilə +50 dərəcə arasında sınaqdan keçirilib. Atışma üçün 9x19 mm-lik tapança patronları, o cümlədən polad nüvəsi olan güllə istifadə olunur.

Xəzinənin tutumu - 15 və ya 18 patrondur. Silahın istifadəliliyi ən azı 10 min atəş qədərdir. "Poloz” standart ordu tapançasından daha kiçik və daha yüngüldür. Müxtəlif tutumlu xəznələrdən istifadə edilə bilər.

Tərtibatçıların fikrincə, istifadəsi rahat, etibarlı və asandır.

Cebhe.info


Oxunma sayı: 2256

Bizim Telegram səhifəmizi izləyin