hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Pekin üçüncü dünya müharibəsinə hazırlaşır: "Bəşəriyyət yeni virusla üz-üzə qala bilər"

Pekin üçüncü dünya müharibəsinə hazırlaşır: "Bəşəriyyət yeni virusla üz-üzə qala bilər"

Çinli alimlər pandemiyanın yayılmasından hələ 5 il əvvəl koronavirusun silah kimi istifadə edilməsiylə bağlı təcrübələr aparırdılar.

Bu qalmaqallı məlumat ABŞ Dövlət Departamentinin yaydığı son hesabatda yer alıb. Qərb mətbuatının Dövlət Departamentinə istinadən yaydığı hesabatda vurğulanıb ki, Çin Üçüncü Dünya müharibəsini bioloji silahlar vasitəsilə aparılacağını proqnozlaşdırırdı. Koronavirusla bağlı tədqiqatlar da məhz bununla bağlı idi".

Cebhe.info xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, son hesabatdan da aydın olur ki, virus Çindəki laboratoriyadan sızıb:

"Böyük Britaniyanın “The Sun” qəzetində yayınlanan məqalədə ABŞ Dövlət Departamentinin hesabatının məxfi məlumatlara əsasən hazırlandığını bildirilib. Həmin kəşfiyyat məlumatlarında çinli mütəxəssislərin və hərbi həkimlərin koronavirus haqqında 2015-c ili əhatə edən yazışmaları yer alıb. Bu yazışmalarda çinli alimlər SARS virusuna bənzər koronavirusun xarakterini belə təsvir ediblər: “Virus insan bədəninə keçdikdə ağır xəstəliyə səbəb olur və sürətlə yayılmağa başlayır”.

Son hesabat Avstraliyada da ciddi müzakirələrə səbəb olub. Avstraliya ilk ölkələrdən idi ki, koronavirusla bağlı beynəlxalq araşdırma qrupunun yaradılmasını təklif etmişdi. Avstraliya rəsmiləri Çini koronavirus barədə dünyanı ilk günlərdə məlumatlandırmamasında ittiham edirlər. Həqiqətən koronavirus yayılmağa başladıqda Çin uzun müddət bunu gizli saxlamağa çalışdı. Çin proses yalnız nəzarətdən çıxdıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırmağı lazım bildi. Artıq gec idi. Virusun yayılma sürəti və ölənlərin sayı artmışdı. Çinin bilərəkdən virusu yaymasına dair faktlar yoxdur. Ancaq son hesabatdan da aydın olur ki, virus Çindəki laboratoriyadan sızıb. Yəni çinli alimlər süni yaradılan virus üzərində tədqiqatlar aparırdı və bir müddətdən sonra virus hansısa yolla laboratoriyadan kənara çıxıb”.

Hesabatda çinli alimlərin tədqiqata müvadiq ad qoyduqları da yer alıb: “SARS və yeni virusların bioloji silah kimi istifadəsi”.

Ekspertin sözlərinə görə, ABŞ-ın yaydığı son hesabatda virusun Çində səngiməsi, digər ölkələrdə güclənməsinə diqqət çəkilir:

"Koronavirusun Vuhandakı bazardan yayıldığı hesab olunurdu. Ancaq Dövlət Departamentinin hesabatından aydın olur ki, virus həmin bazara labroratoriyadan sızıb”.

Avstraliyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin direktoru Piter Ceninqsin yerli mətbuata verdiyi açıqlamaya görə, Çində alimlərin viruslar üzərindəki tədqiqatları illərdir davam edirdi: “Çin gələcək bioloji müharibəyə hazırlaşdığına görə laboratoriyalarında geniş tədqiqat çalışmaları həyata keçirirdi. Çinli alimlərin gəldiyi nəticə bundan ibarət olub ki, bioloji silahla hücum düşmənin səhiyyə sistemini dağıda bilər. Çin bu qənaətə SARS virusunun yayıldığı 2003-cü ildə gəlmişdi”.

Aydındır ki, yeni hesabat Çindən əldə edilən kəşfiyyat məlumatları əsasında hazırlanıb. Məsələn, hesabatda yazılıb ki, Çinin 18 alimi Müdafiə Nazirliyinin sifarişi əsasında virus üzərində tədqiqatlar aparırdı. Tədqiqatlar Hu Desonq adlı çinli alimin rəhbərliyi altında həyata keçirilirdi. Bu alim 2003-cü ildə SARS-la mübarizəyə də rəhbərlik edib və nəticələri barədə Müdafiə Nazirliyinə hesabat hazırlayıb. Görünür, məhz buna görə Çinin Müdafiə Nazirliyi adı çəkilən alimi növbəti tədqiqatlara cəlb edib. Pekində hesab ediblər ki, SARS ağır virus olmaqla yanaşı düşmənə qarşı hücumda istifadə oluna biləcək bioloji silahdır. Dövlət Departamentinin hesabatında o da vurğulanıb ki, Çindən yayılmağa başlayan virusa qarşı Pekin ciddi tədbirlər gördü və məhz bunun nəticəsində əhalisi milyard yarım olan ölkədə xəstəliyin qarşısı alındı. Çində 90 min nəfər arasında yayılan virus nəticəsində təxminən 4 mindən bir qədər çox insan vəfat edib. Bu, o biri böyük dövlətlərlə müqayisədə xeyli kiçik rəqəmdir. Çin normal həyata qayıdıb, hətta virusun yayıldığı Vuhanda şənliklər və konsertlər təşkil edilir.

Dövlət Departmanetinin hesabatı bu cümlə ilə bitir: “Pekin səhvini etiraf etmək istəmir”.

E.Şahinoğlu əlavə edib ki, bu hesabat Çinin əleyhinə olacaq:

"Beləliklə, Dövlət Departamentinin Qərb mətbuatı vasitəsilə yaydığı hesabat Çin hakimiyyətinə qarşı tənqidləri artıracaq. Çinlə qonşu Hindistan faciəvi günlərini yaşayır, hər gün yüz minlərlə insan virusa yoluxur, 4 minə yaxın insan həlak olur. Hindistanda virusdan gündəlik ölüm, Çinin virusdan ümumilikdə ölən vətəndaşları qədərdir. Dünya hələ ki, virusla mübarizəni davam etdirir və Dövlət Departamentinin hesabatı Çinlə bağlı hesabatı hələlik mətbuatın diqqətini cəlb edib. Ancaq pandemiyanın miqyası azalan kimi beynəlxalq aləm virusun sızmasıyla bağlı Çinə yönəlik sualların sayını artıracaq. Çünki bu məsələ tam araşdırılmasa, bəşəriyyət Çin laboratoriyasından sızan növbəti virusla üz-üzə qala bilər".

Cebhe.info


Oxunma sayı: 4324