hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb – AÇIQLAMA

Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb – AÇIQLAMA

Bu gün Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazisində içməli suyun verilməməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Bildirilib ki, səhər saatlarından suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı Cebhe.info-ya deyib ki, magistral kəmərdə birləşdirmə işi aparıldığı üçün suyun təzyiqi azaldılıb:

“Sözügedən ərazidə içməli su təchizatı dayandırılmayıb. Magistral su kəmərində birləşdirilmə işi apardığımız üçün suyun təzyiqini azaltmışıq. Ola bilər ki, ona görə bəzi uzaq ərazilərə su gedib çatmayıb. Lakin işlər demək olar ki, bitib. Yavaş-yavaş təzyiqi artırırıq. Tezliklə normal vəziyyətə düşəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 870