hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Paşinyanla jurnalistin Şuşa dialoqu: “Bir şərtlə deyərəm ki…”

Paşinyanla jurnalistin Şuşa dialoqu: “Bir şərtlə deyərəm ki…”

"Şuşa Azərbaycan şəhəridir" sözləri ilə bir daha Ermənistanda tənqid hədəfi olan Baş nazir Nikol Paşinyan bu barədə ona ünvanlanan suallara cavab vermək üçün şərtini açıqlayıb.

Cebhe.info xəbər verir ki, Ordu günündəki tədbirlərdə jurnalistlərlə qarşılaşan Paşinyan onların bu barədə sualına cavab verməyib.

Jurnalistin "Siz hesab edirsiniz ki, Şuşa Azərbaycan şəhəridir?" sualına Paşinyan "Harada demişəm?" cavabını verib.

Sonra dialoq belə davam edib:

-Parlamentin tribunasından.

-Məgər mən demişəm ki, Şuşa Azərbaycan şəhəridir? Harada bunu demişəm? Mənim sitatımı kağıza yazın, parlamentdə dediklərimi yazın və şəxsən mənə gətirin. Mən də canlı efirdə sizə cavab verəcəyəm.

Paşinyan bir daha bildirib ki, bu suala şifahi cavab verməyəcək və ancaq şərti yerinə yetirildikdən sonra cavablandıracaq.

Xatırladaq ki, Paşinyan bugünlərdə parlamentdəki çıxışında Qarabağda hadisələr başlamazdan əvvəl Şuşa sakinlərinin 90 faizinin azərbaycanlı olduğunu bildirib. "Siz demək istəyirsiniz ki, 90 faiz azərbaycanlı əhalisi olan Şuşa bu statusla erməni şəhəridir?", - deyə o deputatlara müraciət edib.

Bundan əvvəl isə Paşinyan Şuşa ilə bağlı dediyi "Deyirlər ki, Şuşanı satıblar. Kim satıb? Əgər Şuşa bizə lazım idisə, niyə 30 ildə o vəziyyədə idi? Şuşa bədbəxt, boz şəhərə çevrilib" sözləri ilə gündəmə gəlmişdi.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3576