hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Paşinyana etiraz edən güneyli fəallar məhkəməyə çağırıldı

Paşinyana etiraz edən güneyli fəallar məhkəməyə çağırıldı

Güney azəbaycanlı milli-mədəni fəal Yusif Sələhşur və Davud Mahmudi Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsinə çağırılıb. 

GAMOH  İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fəallar məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən oktyabrın 8-i yerli vaxtla saat 9:00-da Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 27-ci şöbəsinə müraciət etməlidir. Bundan əvvəl Təbrizin 2 nömrəli Cinayət Məhkəməsinin 112-ci şöbəsi fəalların hər birini 2 il həbs, 74 şallaq zərbəsi kəsib. Bununla yanaşı bir insan üçün nəzərdə tutulan “diyə” (qanpulu) məbləğinin mində ikisini ödəməyə məhkum edib. Hökmdə diyə ilə bağlı verilən qərarın qəti, lakin həbs və şallaq qərarının etiraza açıq olduğu qeyd olunub. Mart ayında “Traktor”la “Sepahan” klubunun görüşü zamanı Təbrizdə saxlanılan Yusif Sələhşur və Davud Mahmudi 80 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Bu saxlamalar işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümündə Tehrana səfəri və ermənilərlə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” plakatının qaldırılmasına edilən etirazlarla bağlı olub. 

Lakin təhlükəsizlik qüvvələri bunu başqa amillər, o cümlədən mülki geyimli məmurlarla qarşıdurma ilə əlaqələndirib. Qeyd edək ki, Davud Mahmudi saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb, o burun və bel nahiyyəsindən xəsarət alıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1541