hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Paşinyan daha bir sabiq naziri həbs etdirdi

Paşinyan daha bir sabiq naziri həbs etdirdi

Ermənistanın sabiq nəqliyyat və rabitə naziri Qurqen Sarkisyan həbs edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Sarkisyan Şimal-Cənub Nəqliyyat Dəhlizi proqramının hazırlanması və həyata keçirilməsində sui-istifadə hallarına yol verilməsinə dair Ermənistan İstintaq Komitəsinin müvafiq idarəsi tərəfindən aparılan araşdırma nəticəsində həbs edilib.

Bildirilir ki, daha əvvəl məhkəmə girov müqabilində Qurqen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçməkdən imtina edib və onu sərbəst buraxıb. Bu gün isə Apelyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edərək Sarkisyana qarşı həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Q.Sərkisyan 2008-2010-cu illərdə nəqliyyat naziri olub.

Cebhe.info


Oxunma sayı: 672