hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Parlament özəl məhkəmə ekspertlərinə razılıq verdi

Parlament özəl məhkəmə ekspertlərinə razılıq verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. 

Cebhe.info xəbər verir ki, yeni qanundan irəli gələrək özəl məhkəmə ekspertlərinin fəaliyyəti qanuniləşdirilir. 

Qeyd edək ki, təklifdə qanunun 11-ci maddəsi (Məhkəmə eksperti) yeni redaksiyada verilir: 

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir. Dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə isə özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsini nəzərdə tutur. Buna uyğun olaraq ilk növbədə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun adı və preambulasında dəyişiklik edilərək məhkəmə ekspertizasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur. Qanun Milli Məclisin bugünkü plenar iclasından I oxunuşda qəbul edilib. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 606