hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Özünü evin balkonundan asaraq intihar etdi

Özünü evin balkonundan asaraq intihar etdi

Bursanın Nilüfər rayonunda 57 yaşlı Nazif adlı şəxs evinin balkonundan özünü asıb. Cansız bədənin balkondan asıldığını görən yoldan keçənlər təəccüb içində qalıblar.

Cebhe.info xəbər verir ki, səhər saatlarında işə gedən vətəndaşlar binanın birinci mərtəbəsindən asılan bir kişini görüb polisə və Təcili Tibbi Yardım personalına xəbər veriblər.

Hadisə yerinə gələn Təcili Tibbi Yardım heyəti asılı qalan Nazif adlı şəxsin öldüyünü bildirib. Ölən şəxsin cəsədi araşdırmalar üçün morqa aparılıb.

Qeyd edək ki, polis Nazif adlı ölən şəxsin 37 ayrı cinayət hadisəsində iştirak etdiyini və hadisənin intihar olduğunu bildirib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1673

Bizim Telegram səhifəmizi izləyin