hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Ovçu olmaq üçün: Bir ərizə, iki şəkil kifayətdir

Ovçu olmaq üçün: Bir ərizə, iki şəkil kifayətdir

“Məndə olan məlumata görə, ov biletlərini və lisenziyanı “ASAN xidmət verəcək”. 

Bunu Cebhe.info-ya açıqlamasında Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Fizuli Əşrəfov deyib.

Onun sözlərinə görə, ovçuluq üçün tüfəng alarkən Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır: 

“Onlar müraciətə baxaraq müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin sürətini və iki şəkil istəyirlər. Bundan sonra onlar həmin vətəndaşın narkoloji, psixoloji qeydiyyatda olub-olmadığını, məhkumluğunun olub-olmamasını, görmə qabiliyyətini və qeydiyyatda olduğu ünvanı yoxlayırlar. Bu prosedurlardan keçəndən sonra məqsədəuyğun sayılırsa, ona “Forma-4” təqdim edilərək silah almasına icazə verilir. Bununla da vətəndaş istədiyi ovçuluq mərkəzinə yaxınlaşıb silah ala bilər. Ov biletlərinin verilməsi artıq “ASAN xidmət”in sərəncamına verilib. İndi bildiyimə görə, ov biletini və lisenziyanı “ASAN xidmət” verir”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 452