hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Oqtay Gülalıyev süni nəfəs aparatından ayrıldı - OĞLU

Oqtay Gülalıyev süni nəfəs aparatından ayrıldı - OĞLU

Müalicə üçün Azərbaycandan Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən təzə xəbər var.

Cebhe.info xəbər verir ki, Oqtay Gülalıyevin səhhətində hələlik heç bir irəliləyiş yoxdur. 

Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev atasının son durumu ilə bağlı məlumat verib. O deyib ki, atası hələ də koma vəziyyətindədir:

“Atamın durumu hələ də ağırdır. Süni nəfəs aparatını ayırmalarına baxmayaraq, atam koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz verməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”. 

Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da  beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. 

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3367