hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nə qədər taxıl biçilib? - KTN açıqladı

Nə qədər taxıl biçilib? - KTN açıqladı

Azərbaycanda taxıl biçini davam edir.

Bu il ölkədə ümumilikdə 1,010,218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 6,409,776 hektarı buğda, 3,692,404 hektarı arpa sahələridir.

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Cebhe.info-ya iyulun 8-nə olan statistikanı açıqlayıb:

"Ölkə üzrə taxıl zəmilərinin 81,9 faizində biçin başa çatıb. Biçin başa çatmış 8,250,70 hektar sahədən 2,601,448 ton məhsul yığılıb. Hazırda ölkə üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir".

Ümumilikdə 1060 kombayn cəlb olunduğu biçin prosesi hələ də davam etməkdədir. Vüqar Hüseynov onu da qeyd edib ki, hazırda aktiv biçin prosesi əsasən dağlıq və dağətəyi rayonlarda aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2212