hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Narkotik satan 4 nəfər tutuldu

Narkotik satan 4 nəfər tutuldu

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kq 935 qram heroin, 462 qrama yaxın tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

Cebhe.info


Oxunma sayı: 936