hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Növbəti illər üçün neft qiymətləri proqnozları açıqlanıb

Növbəti illər üçün neft qiymətləri proqnozları açıqlanıb

Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb.

İMF-in yeni hesabatında bildirilir ki, fondun proqnozlarına əsasən, bu ilin sonuna neftin bir barelinin orta illik qiyməti 63,5 ABŞ dolları təşkil edəcək.

2020-ci ildə isə neftin bir barelinin illik qiyməti 3,6 dollar və ya 5,7% azalaraq 59,9 dollar təşkil edəcəyi gözlənilir.

Fondun proqnozuna əsasən, 2021-ci ildə neftin bir barelinin orta illik qiyməti 58,0 dollar olacaq ki, bu da daha əvvəlki ilə nisbətdə 1,9 dollar və ya 3,2% azdır. 2022-ci və 2023-cü illərdə isə neftin orta illik qiyməti 57,2 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2021-ci ilə nisbətdə 0,8 dollar və ya 1,38% azdır.

Hesabatda vurğulanır ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiymətinin cüzi artacağı proqnozlaşdırılır. Belə ki, 2024-cü ildə neftin bir barelinin orta illik qiyməti 57,6 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,4 dollar və ya 0,7% artacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub. Bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır. 2019-cu ildə neftin bir barelinin qiyməti büdcədə 60 dollar götürülüb.

Cebhe.info


Oxunma sayı: 793