hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Millət vəkili: “Partiyaların qurultaylarını keçirməsi üçün xüsusi iclas salonu ayrılacaq"

Millət vəkili: “Partiyaların qurultaylarını keçirməsi üçün xüsusi iclas salonu ayrılacaq"

"Ədalət Vəliyevin təşəbbüsü ilə hörmətli Sahibə xanım belə bir videokonfrans təşkil etmişdi. Görüş pandemiya zamanı siyasi partiyaların roluna həsr olunsa da, digər vacib məsələlər barədə də fikir mübadiləsi aparıldı. Həm Sahibə xanım, həm Ədalət müəllim pandemiyaya qarşı mübarizə istiqamətində görülən işlər barədə çıxış etdilər”.

Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələrinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə iyulun 7-də videokonfrans formatında keçirilən görüşü barədə danışarkən deyib.

Q. Həsənquliyev bunun parlamentdə təmsil olunan siyasi partiyalarla keçirilən ikinci görüş olduğunu bildirib: “Ədalət Vəliyev məlumat verdi ki, o, hətta bəzi partiya sədrləri ilə 2-3 dəfə görüşüb. O da qeyd olundu ki, bu görüşlərin nəticəsi olaraq bəzi partiyaların dövlət qeydiyyatı məsələsi həll edilib və ölkənin siyasi həyatında real iştirakı olan partiyaların ofis probleminin həlli məsələsi müzakirə olunur. Bütün partiyalar üçün xoş xəbər həm də o oldu ki, partiyaların qurultaylarını keçirmələri üçün xüsusi iclas salonu ayrılacaq. Bir sözlə, dialoq ,qarşılıqlı hörmət və ümummilli məsələlərdə birgə mövqe ortaya qoyulması üçün əməkdaşlıq mühiti yaradılır. Siyasi partiyalar Prezidentin bu təşəbbüsünü, korrupsiyaya qarşı aparılan mübarizəni birmənalı dəstəklədiklərini bəyan etdilər. İqtidarı təmsil edən yüksək çinli şəxslərin partiya sədrləri ilə görüşü həm parlament idarəçiliyində, həm də siyasi sistemdə ciddi dəyişikliklərin təzahürüdür. Görüş zamanı razılıq əldə olundu ki, bu tipli görüşlər mütəmadi olaraq keçirilsin, həm də görüşlər konkret mövzulara həsr olunmasın”.

Cebhe.info


Oxunma sayı: 2399