hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Məşhur aktrisa koronavirusla mübarizə aparır

Məşhur aktrisa koronavirusla mübarizə aparır

Rusiyalı məşhur aktrisa Natalya Vavilova koronavirusla mübarizə aparır. Onun həyat yoldaşı, sovet kinorejissoru Samvel Qasparov koronavirusdan 81 yaşında vəfat edib.

Cebhe.info xəbər verir ki, bu barədə ailənin dostu Georgi Saakov öz “Facebook” səhifəsində yazıb.

Natalya Vavilovanın hazırda 61 yaşı var. O, "Moskva göz yaşlarına inanmır" filmindəki Aleksandra rolu ilə məşhurlaşıb və aktrisa kimi sevilib. Bu filmin çəkilişi zamanı da gələcək həyat yoldaşı ilə tanış olub və ailə qurub.

Qeyd edək ki, N.Vavilova bir sıra filmlərdə də maraqlı rolları ilə yaddaqalan obrazlar yaradıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 793